XalqXəbər.Az

www.XALQXEBER.az » Dünya » Paşinyandan məğlubiyyət etirafı: “Qarabağı itirdik...”

Paşinyandan məğlubiyyət etirafı: “Qarabağı itirdik...”

Paşinyandan məğlubiyyət etirafı: “Qarabağı itirdik...”
21-10-2020, 12:39

Azərbaycan 2-ci Qarabağ savaşının taleyini artıq həll edib; erməni kinorejissor: “Dağlıq Qarabağa müstəqillik verilməsi mümkün deyil”; rusiyalı politoloq: “Erməni liderin növbəti addımı qaçmaq olacaq...”

“Çox istəyən azdan da olar”. Bu müdrik Azərbaycan atalar məsəli Ermənistan və onun toplumunun hazırkı dramatik durumunu əla xarakterizə edir. Qarabağ məsələsində ipə-sapa yatmayan düşmən ölkə, erməni toplumu və onun göylə gedən liderləri, ölkəmizə qarşı aşağılayıcı şərtlər qoyan Ermənistan rəhbərləri axır ki, haqq elədikləri sonluğa gəldilər.

Amma dünənədək rəsmi İrəvan konfliktin həllində müstəsna olaraq 1-ci Qarabağ savaşının nəticələrini əsas götürməyi tələb edirdi. Yəni Bakının kapitulyasiyaya imza atacağı halda hansısa anlaşmanı mümkün sayırdı. Beləcə, özünü savaş qalibi sayan, “qələbəni” legitimləşidirmək istəyən Ermənistan de-fakto münaqişənin yalnız hərbi yolla həllinin mükünlüyünü təkid edirdi.

O zaman nədən Azərbaycan da hərbi yolu sınamayaydı, ona üstünlük verməməli idi? Axı Prezident İlham Əliyev çıxışlarında zaman-zaman bəyan edirdi ki, müharibə bitməyib, onun yalnız birinci hissəsi başa çatıb. Di gəl, “qələbə” eyforiyası düşmən tərəfin rəhbərlərinə və ümumən erməni xaqlına gözünü açıb gerçəyi görməyə imkan vermədi. Onlara elə gəldi ki, əksinə, bundan sonra genişmiqyaslı savaş əsla mümkün deyil, çünki birincisi, böyük güclər, öncəliklə müttəfiq Rusiya buna imkan verməz, ikincisi də guya Azərbaycanın qalibiyyətli, qüdrətli ordusu yoxdur.

Hər iki məsələdə ağızları möhkəm yandı. Məlum oldu ki, Kreml Qarabağ avantürasına və sorosçu Paşinyana görə öz əsgərlərini suveren Azərbaycanın işğal altındakı ərazilərinə göndərib qırğına vermək, üstəlik, Azərbaycan və Türkiyə kimi regionun açar ölkələri ilə münasibətləri pozmaq fikrində deyil. İkinci yandan, Azərbaycanın olduqca modern, işğalçı qüvvələri qısa zamanda darmadağın edəcək bir ordu yaratdığı üzə çıxdı.

*****

Amma indi baxın görün, çarəsiz və miskin duruma düşən və öz xalqına acı gerçəyi olduğu kimi söyləməkdən qorxan Nikol Paşinyan facebook səhifəsində 6 bəndlik statusunda nələr yazır:

“1. Bu müharibə nə üçündür? Qarabağın statusu üçün;

Bu müharibədən qaça bilərdikmi? Bəli. Əraziləri təslim edib Qarabağın qeyri-müəyyən statusuna qeyri-müəyyən müddətə razılaşsaydıq;

Danışıqlar yolu ilə Qarabağın məqbul və ya başqa bir statusuna nail ola bilərdikmi? Xeyr, bunun üçün son fürsət 2011-ci ildə Kazanda tükənmişdi;

Bu müharibəni dayandıra bilərikmi? Nəzəri olaraq, bəli. Necə? İkinci bənddə göstərilən və daha betər bir düstura görə;

Müharibə Qarabağın statusu məsələsini həll edə bilərmi? Bəli, əgər müharibədə uğur qazanarıqsa;

Müharibədə uğur qazana bilərikmi? Bəli, əgər bu məqsəd uğrunda millətin potensialını cəmləşdirsək və fədakarlıqla hamımız birlikdə bu hədəfə doğru gedəriksə".

*****

Diqqət edildi yəqin, Nikol on illərdir başının altına yastıq qoyulub yuxuya verilən bədbəxt xalqına vəziyyətin kritik olduğunu yavaş-yavaş anons etməyə başlayıb. Bu, əslinə qalsa, hərbi məğlubiyyətin ilk ciddi etirafıdır. Onun xüsusən də 5-ci bənddə yazdığına fikir verin. Deyir ki, “əgər müharibədə uğur qazansaq, Qarabağın statusu məsələsini həll edə bilərik”.

Sual yaranır: necə, nə ilə, kimlə? O hansı gücdür ki, Ermənistana bundan sonra cəbhədə hərbi uğurlar qazandıracaq? Artıq darmadağın edilmiş Ermənistan ordusumu? Təbii, Paşinyan da bilir ki, belə bir ordu daha yoxdur.

Əksinə, eyni məntiqlə artıq Azərbaycan hərbi yolla Dağlıq Qarabağın statusunu həll edir. Bu da ondan ibarət olacaq ki, rəsmi Bakının Dağlıq Qarabağ ermənilərinə əvvəl vəd elədiyi status verilməyəcək. Buna artıq lüzum qalmadı. Status söhbəti bitdi, çünki hərbi qələbə bizimdir. Qalibləri isə mühakimə etmirlər. Azərbaycan ikinci Qarabağ savaşının taleyini artıq həll edib.

Bu mənada 5-ci bənd əslində elə Nikol Paşinyanın “Dağlıq Qarabağ əlimizdən getdi” etirafı deməkdir. Erməni baş nazir hər şeydən öncə bu acı xəbəri “kamifulyaj” edilmiş şəkildə də olsa, soydaşlarına çatdırmaq istəyir, onları kapitulyasiyaya hazırlayır. Olsun. Azərbaycan ondan daha konkret etiraflar və qərarlar gözləyir. Bu, ən əvvəl erməni xalqının özünə lazımdır. Ona görə ki, bu toplum gerçəyi olduğu kimi qəbul etməyincə, qonşularla nəhayət, dinc yanaşı yaşamağın alternativsizliyini kəsdirməyincə, ağ günə çıxa, fəlakətli durumdan qurtula bilməyəcək.

*****

Zəngilana Azərbaycan bayrağı belə sancıldı: Hər kəsi qürurlandıran VİDEO | Busaat.az – Bu saata olan xəbərlər

“Qarabağın öz müqəddəratını təyin etməsi Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanıdığı təqdirdə mümkün olacaq. Bu isə yalnız Ermənistan ordusu Bakıya daxil olduğu halda baş verə bilər. O da heç vaxt olmayacaq! Ermənilərin buna nə gücləri, nə də imkanları var. Odur ki, İrəvan, hər halda, kompromisə getməlidir və həmin kompromis çox ciddi olmalıdır”, - deyə o qeyd edib.

Şahnazarova görə, Qarabağ münaqişəsi Abxaziya və Cənubi Osetiyaya oxşamır. “Anlamaq lazımdır ki, Qarabağ Azərbaycan Respublikasının bütün dövlətlər, o cümlədən Ermənistanın özü tərəfindən rəsmi olaraq tanınan ərazisidir. Buna görə də Ermənistan rəhbərliyi bu məsələnin həlli uğrunda ən müxtəlif variantları nəzərdən keçirmək üçün özündə güc tapmalıdır”, - o əlavə edib.

Şübhəsiz, Nikol Paşinyan öz xalqına sərt gerçəyi nə qədər tez çatdırsa, kapitulyasiya vəziyyətini ona nə qədər tez açıqlasa, erməni xalqının iztirabları və mənasız itkiləri də azalar. Çünki: “Azərbaycan Ordusunun bir güclü hücumundan sonra işğal edilmiş bütün ərazilər azad olunacaq”.

Bunu biz demirik, rusiyalı hərbi ekspert Aleksey Xlopotov deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin döyüşmək üçün demək olar ki, heç nəyi qalmayıb: “Dağlıq Qarabağ və ətrafdakı rayonların işğaldan azad edilməsi artıq bir neçə günün məsələsidir. Nikol Paşinyan döyüş meydanında və siyasi məkanda uğursuzluqlarını görüb, nasist babası kimi hərəkət etməyə qərar verdi. Adolf Paşinyan dinc şəhərlərə atəş açmaq əmrini verib ki, Azərbaycan ictimaiyyətində heç olmasa panika yaransın. Amma bu da baş tutmadı. Bu qanlı hadisələr Azərbaycan xalqını daha həmrəy etdi. Paşinyan isə yalnız dünya tərəfindən tənqid olundu. Erməni liderin növbəti addımı qaçmaq olacaq”.

Necə deyərlər, əlavə şərhə lüzum qalmır... (Yeni Müsavat)

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.