Paşinyan erməni əsgərlərin Qarabağdan qaçdığını TƏSDİQLƏDİ
Ermənistan baş naziri Nikol Paşinyan Qarabağda gedən döyüşlər barədə öz fikirlərini bölüşüb.
O, rəsmi facebook səhifəsində yazdığı statusda bəzi əsgərlərin döyüş mövqelərini tərk etdiyini, orduda panika yaradan şəxslərin saxlanıldığını deyib.
"Bir neçə gün əvvəl məlumat almışam ki, döyüş bölgəsinə gedən şəxslər əsgərlərə – "Nikol torpaqları satıb, bu şərti müharibədir, sizi qırğına verəcəklər və mövqeləri saxlamaq mənasızdır”, – deyə çağırışlar edib.
Bu sözlər, hətta hədələr nəticəsində bəzi əsgərlər mövqelərini tərk edərək geri çəkiliblər. Mənim göstərişimlə Milli Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb və əsgərlər arasında panika yaradan Xankəndi sakini saxlanılıb”, – deyə Baş nazir bildirib.
Paşinyan panikaya qapılan bir çox əsgərlərin döyüş mövqeyini tərk etdiyini söyləyib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır