İrandan Ermənistana yüzlərlə tankerdə aviasiya yanacağı və benzin göndərilib - BU DA SƏNƏDLƏR..
Güney Azərbaycan Televiziyasının əldə edə bildiyi sənədlərdə İran rejiminin son günlər ərzində Ermənistana yüzlərlə tankerdə aviasiya yanacağı, benzin və dizel yanacağı göndərdiyi müşahidə edilir.
Bundan başqa, İran rejimi tankeri olan şirkətlərdən də yüzlərlə tankeri eyni məqsədli fəaliyyəti həyata keçirmək üçün icarəyə götürüb.
İran rejimi bu tankerləri "Araz Keyhan", "Faxer Tərabər", "Fərnud Tərabər və "Zamane-Tir" kimi beynəlxalq daşıma şirkətlərindən kiyarərə götürüb, qeyd edilən yanacaqları yükləmək üçün İran Neft Şirkətinin Təbrizdəki anbarlarına göndərib.
Qeyd etmək lazımdır ki, Azərbaycanın Dağlıq Qarabağı erməni işğalından azad etməyə başlamasının ilk günlərindən İran Ermənistana göstərdiyi dəstəyi dəfələrlə artırıb. Ötən günlər ərzində Rusiyadan Ermənistana göndərilən yüzlərlə "Kamaz"ın İran ərazisindən keçərək, silah-sursat və hərbi texnikanı Ermənistana çatdırmasına dair çoxlu sayda video və fotolar yayılıb. //ovqat.com//








Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır