Karantin tətbiq etməyin - ÜST-dən ÇAĞIRIŞ
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyaya müraciət edərək, yeni koronavirus infeksiyasına görə daha karantin tətbiq etməməyə çağırıb, baxmayaraq ki, əvvəl bunun əksini tələb edirdi.
Uzun müddət idi ÜST dünyanın demək olar ki, bütün ölkələrinə, pandemiyanın inkişafını yüngülləşdirən sərt karantin rejiminə bağlanmağı tövsiyə edirdi. Və budur, indi təşkilatın baş epidemioloqu Maria van Kerkxov ikinci və sonrakı COVİD-19 dalğalarında karantinin yolverilməz olduğunu bəyan edib.
“Demə, karantinin iqtisadi nəticələri dəhşətli dərəcədə çoxdur və tibbi planda şərti qazancı xeyli üstələyir. İkincisi, ÜST ekspertlərinin fikrincə, pandemiya dövründə maska geyilməsi və sosial məsafəyə riayət olunması tamamilə kifayətdir”,- deyə "Medikforum"yazır.
Bundan başqa, BMT-nin rəhbəri Antoniu Quterriş karantin dövründə məktəblərin bağlanmasını "nəsillərarası fəlakət" adlandırıb və bunun heç bir müsbət nəticə vermədiyini bildirib. Mütəxəssislərin sözlərinə görə, həkimlər məhdudiyyətlərə görə insult, xərçəng və infarkt xəstələrini buraxıblar. Beləliklə, karantin həm də bəzi xəstəlikləri kəskinləşdirə bilər. Virtualaz.org

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır