Nyu-York səmasına "Qarabağ Azərbaycandır!" yazılıb
ABŞ-ın Nyu-York şəhərində “Stop Armenian Occupation” ("Ermənistanın işğalçılıq siyasətini dayandır!"), “Karabakh is Azerbaijan! ("Qarabağ Azərbaycandır!") şüarlarını daşıyan təyyarə havaya qaldırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata əsasən, Azərbaycan icması üzvlərinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı təyyarə Manhetten adasından səmaya qalxıb. Üç saat ərzində Nyu-York şəhərinin üzərində dövrə vuran təyyarə Manhetten adasındakı dövlət əhəmiyyətli idarələrin, “Empire Building”, “Business Center” məşhur iş mərkəzlərinin və yaşayış binalarının önündən uçub. Göy üzərində açılan şüar yerli əhalinin diqqətini cəlb edib və böyük maraqla qarşılanıb.
Həmvətənlərimiz təyyarənin daha yaxşı göründüyü Nyu-Cersi şəhərinin “Liberty” parkında toplaşıblar. Əllərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını tutan həmvətənlərimiz şüarlar səsləndirməklə və alqışlarla bu xoş hadisəni izləyiblər.
Layihənin təşkilatçısı Elmar Bayramov bildirib ki, ermənilər bu layihənin gerçəkləşdirilməsinə mane olmaq üçün ciddi cəhdlər göstəriblər. Onlar iki həftə ərzində “Airads” hava reklamları şirkətinə təzyiqlər göstəriblər, hətta bunun üçün əlavə vəsait də ödəyiblər. Lakin onların bütün cəhdləri nəticəsiz qalıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır