Dubay bu gündən turist qəbuluna başlayır
Dubay iyulun 7-dən yenidən xarici turistləri qəbul etməyə başlayıb.
Bu barədə əmirliyin səlahiyyətliləri məlumat verib.
Eyni zamanda, Dubaya gələnlərin hamısı koronavirusdan keçdiklərini və cavabın mənfi olduğunu göstərən sənəd təqdim etməli və ya hava limanında testdən keçməlidirlər. Nəticə müsbət olarsa, turistlər 14 günlük karantinə göndəriləcək.
Qeyd edək ki, hazırda Dubaydan kənarda olan əmirlik sakinləri iyulun 6-dan etibarən geri qayıda bilərlər. Onlar da gəldikdən sonra koronavirus testinin nəticələrini təqdim etməli və ya nəticə çıxana qədər özlərini təcrid etməli olacaqlar. Eyni qayda ilə nəticə müsbət olarsa, onlar da 14 gün müddətində karantinə alınacaqlar.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır