Dağıstanda azərbaycanlılara cinayət işi qaldıranlar ağır qəzaya düşdü
Rusiya İstintaq Komitəsinin Dağıstan İdarəsinin rəhbəri Oleq Potanin və Rusiyanın İstintaq Komitəsinin Şimali Qafqaz İdarəsinin rəhbəri general Oleq Vasilyev ağır avtomobil qəzası keçiriblər.
Xarici KİV-ə istinadən xəbər veririk ki, onlar Azərbaycan vətəndaşları ilə Dağıstan polisləri arasında yaşanan toqquşma ilə bağlı Rusiya-Azərbaycan sərhədinə gedərkən qəzaya düşüblər. Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev yaralıları Qayakənd Rayon Xəstəxanasında ziyarət edib.
Hadisə baş verən an maşının general Oleq Vasilyev tərəfindən idarə edildiyi bildirilir. General naməlum səbəbdən idarəetməni itirib və maşın uçuruma yuvarlanıb. General Vasilyev bir neçə sınıq xəsarəti alıb. Potanin isə huşsuz vəziyyətdə tapılıb. Hazırda Potaninin vəziyyəti ağırdır. Onun Moskvaya aparılması gözlənilir.
Qeyd edək ki, hadisə Qayakənd rayonu ərazisində baş verib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır