Fransa iyunun 15-dən sərhədlərini açır - ancaq bu ölkələr üçün
Fransa sərhədlərini iyunun 15-də səyahətçilər üçün açacaq, ancaq bu, yalnız Avropa İttifaqı və bəzi digər Avropa dövlətlərinə şamil olunacaq.
Bu barədə Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyi rəhbərlərinin ortaq kommünikesində məlumat verilib.
Mətndə deyilir ki, COVID-19 pandemiyasına qarşı mübarizə aparmaq üçün onların Avropa daxili sərhədlərini (quru, hava və dəniz) keçməsinə qoyulan məhdudiyyət 15 iyun 00:00-dan etibarən ləğv ediləcək.
Bildirilir ki, Avropa İttifaqına üzv ölkələrin vətəndaşları, habelə Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, Sent-Martin, San Marino, İsveçrə və Vatikan vətəndaşları Fransaya gələ biləcəklər. Eyni zamanda, turistlərə onlarda koronavirusun olmaması haqqında sertifikat və ya 14 günlük karantinə getmək lazım olmayacaq.
Bundan əvvəl AB sərhədlərini əcnəbilər üçün iyulun 1-dən açacağını bildirmişdi.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır