İranda qorxunc olay — Azərbaycanlılar şallaqlandı — FOTO
Beynəlxalq qanunlara zidd olan şallaq cəzasına və cəriməyə məhkum edilən iki Güney azərbaycanlı milli fəala Urmiyada şallaq vurulub.
Fəallar barədə verilən 20 şallaq cəzası Urmiya məhkəməsində icra olunub.
İran məhkəməsi Əli Əzizi, Elyar Hüseynzadə, Yasin Həsənpur, Keyvan Paşayi, Əmin Zare və Salar Tahir Afşar barəsində 2019-cu ilin noyabr etirazlarında iştirak etdiklərinə görə şallaq və 1.5 milyon tümən cərimə cəzası vermişdir.
Fəallar "ictimai asayişi pozmaq”da ittiham olunur. Lakin onlar barələrində irəli sürülən ittihamları rədd edir və bunun siyasi sifariş olduğuna şübhə etmirlər.
Beynəlxalq insan haqları təşkilatları şallaq cəzasını insan haqlarının pozulması və işgəncə nümunəsi olaraq dəyərləndirir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı aprel ayında beynəlxalq ictimaiyyətin təzyiqi ilə şallaq cəzasını ləğv edib.(teleqraf.com)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır