"Keçmiş deputatın qızı və yüksək rütbəli Azərbaycan məmuru” Xalidə Türkiyədə yaxalandı - 1 MİLYON LİRƏLİK DƏLƏDUZLUQ
Ankarada dələzudluq və soyğunçuluq cinayətləri ilə mübarizə aparan polis əməkdaşları Azərbaycanda axtarışda olan və özünü “keçmiş deputatın qızı, yüksək vəzifəli məmur” kimi təqdim edən Xalidə M. adlı Azərbaycan vətəndaşını yaxalayıb. O, bir çox adamları aldadaraq ümumilikdə 1 milyon lirədən çox pulu dələduzluq yolu ilə ələ keçirib.
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Azərilər Dayanışma Derneyi” adlı təşkilatın üzvü olan və bu təşkilat üzərindən qurbanlarını axtarıb tapan qadın “evlilik və ticarət qurmaq” adı ilə onları aldadıb.
O, tanış olduğu şəxslərə özünü Azərbaycanda yüksək vəzifə tutan məmur kimi təqdim edib, anasının keçmiş deputat olduğunu bildirib. Xalidə M. tanış olduğu adamları inandırıb ki, o Ukrayna və Rusiyadan gömrükdən kənar yollarla ucuz qoz gətirə bilir. Etimadlarını qazanmaq üçün qadın tanış olduğu şəxslərə evlilik də vəd edib. Lakin onların pullarını alandan sonra aradan çıxıb, 8 il ərzində Türkiyədə tez-tez qaldığı yeri dəyişib.
Ankara polisinin Soyğunçuluq və Dələduzluqla Mübarizə Bürosunun əməkdaşları nəhayət qadının izini tapıblar, onun evinə təmizliyə gedən qadını müəyyən edərək izləməyə başlayıblar. Təmizlik işçisinin şübhəlinin evini təmizləməyə getdiyi vaxt polislər mənzilə basqın ediblər və Xalidəni yaxalayıblar.
Xalidə M. Rusiyanın nüfuzlu universitetlərindən birinin məzunudur və 3 xarici dil bilir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır