Trampın eks-müşavirindən iddia: "Koronavirusu insanlara çip taxmaq üçün Bil Geyts yaradıb"
Bir vaxtlar ABŞ prezidenti Donald Trampın müşaviri olmuş siyasi xadim və yazıçı Rocer Ston koronavirus pandemiyasını "Microsoft"un qurucusu Bil Geytsin yaydığını iddia edib.
Xarici mətbuata istinadən xəbər veririk ki, sabiq müşavir Bil Geytsin insanlara çip taxmaq üçün bu xəstəliyi yaydığını deyib.
"Bil Geytsin bu epidemiyanın yaradılması və yayılması müddətindəki rolu çox önəmlidir. Bəzi dostlarım bu iddiaların gerçək olmadığını söyləsə də, digərləri bunun çox məntiqli olduğunu deyir. Geyts və başqa qlobal güclər bu peyvəndləri və mikroçipləri məcburi hala gətirmək istəyirlər. Lakin heç kim mənim bədənimə mikroçip taxa bilməyəcək", - deyə Ston bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır