Qırğız Televiziyasında Mehriban Əliyevaya həsr olunmuş veriliş yayımlandı
Qırğız Dövlət televızıyasında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyavanın milli mədəniyyətə verdiyi töhfələrə həsr olunmuş veriliş yayınlanıb.
KONKRET.az – ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, həmyerlilərimiz, TÜRKEL medianın prezidenti Hökümə Xəlilova və baş redaktoru Ramiz Məşədihəsənlinin Qırğız dövlət televiziyası PİRAMİDA TV-də növbəti “Dostluq körpüsü” verilişi Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, xüsusilə muğamın dünyada tanınması və inkişafındakı xidmətlərini əks etdirən verilişi efirə çıxıb.
Verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakilə Ağdamda açılan “Muğam evi”, Mehriban Əliyevanın təşəbbüsilə keçirilən muğam televiziya müsabiqəsi və Azərbaycanın birinci xanımının xidmətlərinə görə bir sıra aparıcı dövlətlərin başçıları tərəfindən yüksək mükafatlara layiq görülməsi və sairə ardıcıllıqla qırğız tamaşaçılara təqdim olunub.
Proqramda Azərbaycanın xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Sərdar Fərəcov və muğamsevər, əməkdar mühəndis Tağı Əhmədovun birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi əvəzsiz xitmətlər, muğamın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmasında xüsusi rolundan və bilavasitə iştirakından danışıblar.
“Dostluq körpüsü” verilişinin ikinci hissəsi isə tanınmış nəğməkar şair, doktor-professor Vüqar Əhmədin yaradıcılığına və Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın “Muğam” televiziya müsabiqəsinin qalibi və AzTV-nin solisti, gənc xanəndə Almaxanım Əhmədliyə həsr olunub.
Rus dilində 40 dəqiqə boyunca tamaşaçılara təqdim olunan verilişdə Almaxanım Əhmədlinin ifasında Azərbaycan muğamları və xalq mahnıları təqdim edilib.
Xatırladaq ki, Qırğız dövlət televiziyası PİRAMİDA TV-də TÜRKEL media qurucuları, soydaşlarımız Hökümə Xəlilova və Ramiz Məşədihəsənlinin layihəsi əsasında illərdir həftəlik rus dilində 40 dəqiqəlik “Dostluq körpüsü” proqramında Azərbaycan və Türk Dünyası ilə bağlı mütəmadi verilişlər yayınlanır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır