Dünyanı yenidən bölmək istəyirlər - Prezidentdən İDDİA
"Qlobal oyunçular koronavirusdan dünyanı müharibəsiz bölüşdürmək məqsədilə istifadə edə bilərlər".
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko “Mir” televiziyasına müsahibəsində deyib.
Aleksandr Lukaşenko bildirib ki, bu gün çoxlarını koronavirus pandemiyasından sonra nələrin olacağı düşündürür:
"BMT-nin koronavirusla mübarizə üçün dünyanın ümumdaxili məhsulunun 10 faizi həcmində pul çap etmək təklifi mənasizdır. Bu trilyonları kim alacaq, onlar kimdə qalacaq? Varlılar varlı, kasıblar kasıb olaraq qalacaqlarmı? Qalacaqlar. Ölkələri, o cümlədən Belarusu elə yerə itələyiblər ki, onlar gərək dayanıb, oturub, öz cüzi valyuta ehtiyatlarını yesinlər. Rusiyada da onun çox olduğunu demək olmaz. Belə olan halda ÜDM-in 10%-i həcmində pul çap edib, bizə gələcəklər və deyəcəklər ki, sizə bir azca veririk, amma bizim dediklərimizi edəcəksiniz. Bax, dünya belə bölünə bilər.
Bu gün çoxları deyir ki, pandemiyadan sonra dünya fərqli olacaq. Mən bununla razıyam. Bizim dünyada yerimiz harada olacaq? Mənim üçün əsas sual koronapsixoz yox, bax budur. Bu sual tezliklə hər kəs üçün aktual olacaq. Həm də zəngin resursları olan Qazaxıstan, Türkmənistan, Tacikistan, onlardan da daha çox Ermənistan, Qırğızıstan, Ukrayna üçün aktual olacaq. Qorxuram ki, bizi müharibəsiz bölüşdürməsinlər”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır