Prezident paytaxtı boşaltmaq əmri verdi - Müharibə qapıda
Şimali Koreya lideri Kim Çen İnin əmri ilə paytaxt Pxenyan boşaldılır.
Bu barədə Rusiyanın “Pravda” nəşri Şimali Koreya mediasına istinadən məlumat yayıb. Tapşırığa əsasən, paytaxt əhalisinin 25 faizi, yəni 600 min insan təcili evakuasiya olunmalıdır.
Ekspertlər hesab edirlər ki, bu, ABŞ-la əlaqələrdə gərginliyin daha da yüksəlməsi ilə əlaqədardır. Məlumata görə, Pxenyanın bombadan qorunmaq üçün sığınacaqları paytaxtın bütüb əhalisi üçün yetərli deyil. Bu səbəbdən də yerdə qalan qismi köçürüləcək. İlk olaraq məhkumlar şəhəri tərk edəcəklər.
Digər bir məlumata görə isə, ABŞ donanmasının bir qrupunu Koreya yarımadasına göndərdikdən sonra, Yaponiya da döyüş gəmilərini ABŞ donanması ilə birləşdirmək üçün yola salıb.
Bundan başqa, Şimali Koreyada olan əcnəbi jurnalistlər səhər saatlarında otellərindən çıxarılaraq naməlum yerə götürüldüklərini sosial şəbəkə hesablarında paylaşıblar.
Cənubi Koreya mətbuatı isə yazır ki, Şimali Koreyada müharibəöncəsi yerli əhali bir-biriləri, evləri ilə vidalaşmağa başlayıblar.
Qeyd edək ki, Cənubi Koreya ABŞ-ın Şimali Koreyaya hücumunu dəstəkləməyəcəyini açıqlayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır