Trampdan dünyanı qorxuya salan bəyanat
ABŞ-da prezident seçkiləri kampaniyası zamanı “gözlənilməz prezident” olacağını vəd edən Donald Tramp xarici siyasətini və hərbi planlarını gizləyərək ölkəni idarə etməyə çalışır.
Tramp dost və müttəfiqlərində də narahatlıq yaradan siyasətindən “FOX Business” telekanalında danışıb və “Obama kimi olmayacağam” deyib.
Eks-prezident Barak Obamanı ABŞ-ın strategiyasını düşmənlərə aşkar etməkdə ittiham edən Tramp qatıldığı verilişdə Şimali Koreyaya qarşı atacağı addımları əvvəlcədən bəyan etmək istəmədiyini bildirib.
“Obama Mosulda əməliyyat keçirəcəyini çox əvvəldən bəyan etmişdi və nəticədə hər kəs tədbirini almışdı. Mən isə belə siyasət yürütməyəcəm”, - ABŞ prezidenti deyib.
Şimali Koreyanın nüvə proqramıyla bağlı tədbirlər görməkdə tərəddüd etməyəcəklərini deyən prezident bölgəyə çox güclü hərbi gəmi göndərdiyini bildirib. “Dəniz altı silahlarımız da ən müasirdir. Biz bölgədə müttəfiqlərimizi qoruyacağıq”, - Tramp telekanalda qatıldığı verilişdə deyib.
Prezident Suriya müharibəsindən də danışıb. O bildirib ki, Bəşər Əsədin mülkilərə qarşı istifadə etdiyi kimyəvi silahlardan dünyanın ən zalım rəhbələri istifadə edir.“Kimyəvi silahlarla hücum görüntülərini izləyəndə dedim ki, mütləq nəsə etməliyəm. İnsanlara qarşı kimyəvi silahlardan istifadə və onların üzərinə “kasetli”, “çəllək” bombaları atıldığı zamanı uşaqların qolsuz, ayaqsız və üzsüz halını görürsünüz. O bir heyvandır (red.Əsəd)".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır