Qazaxıstan latın əlifbasına keçir - Nazarbayev sərəncam imzaladı
“2018-ci ildən Qazaxıstan məktəblərində yeni əlifbanın tədrisi ilə bağlı mütəxəssislər hazırlamaq lazımdır və orta məktəblər üçün dərs kitabları çap olunmalıdır”.
Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev “Egemen Qazzaxıstan” (“Müstəqil Qazaxıstan”) qəzetində dərc olunan məqaləsində bildirib.
“Biz latın əlifbasına keçid dövrünə hazırlığa başlayırıq. Hökumət latın yazılı qazax dilinə keçmək üçün qrafik tərtib etməlidir. Alimlər və ictimaiyyətin təmsilçiləri ilə məsləhətləşmələrdən sonra 2017-ci ilin sonunadək latın qrafikalı yeni qazax dili əlifbasının vahid standartını hazırlamalıyıq”, - deyə dövlət başçısı vurğulayıb.
Prezidentin yazdığına görə, ilk dövrlərdə ölkədə latın əlifbası ilə yanaşı kirilcədən də istifadə ediləcək: “Qazaxıstanda 1929-1940-cı illərdə latın əlifbasından istifadə edilib. 1940-cı il noyabrın 13-də qazaxcanın latın yazısından rus dili qrafikası əsasında kiril əlifbasına keçilməsinə dair qərar qəbul edilib. Beləliklə bu dəyişiklik siyasi xarakter daşıyırdı”.
Qeyd edək ki, 1929-1940-cı illərdə Qazaxıstanda istifadə edilmiş latın əlifbası “Yanalif” və ya “Yeni türk əlifbası” adlanırmış. Bu əlifba keçmiş SSRİ-də xüsusi komitə tərəfindən hazırlanmışdı. Qazaxıstanın yenidən latın əlifbasına keçməsi məsələsi ölkə prezidentinin təşəbbüsü ilə 2007-ci ildə müzakirə edilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...