XalqXəbər.Az

www.XALQXEBER.az » Dünya » İranın vitse-prezidenti koronavirusa yoluxdu

İranın vitse-prezidenti koronavirusa yoluxdu

İranın vitse-prezidenti koronavirusa yoluxdu
27-02-2020, 19:27

İranın vitse-prezidenti Məsumə Ebtekar koronavirusa yoluxub.

Onun analizinin nəticələri müsbət çıxıb və karantinə alınıb.

M.Ebtekar İran prezidentinin qadın və ailə məsələləri üzrə müavinidir.

Qeyd edək ki, rəsmi məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini və iki deputat da koronavirus daşıyıcısıdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.