XalqXəbər.Az

www.XALQXEBER.az » Dünya » “Google” şirkəti Çindəki ofislərini bağladı

“Google” şirkəti Çindəki ofislərini bağladı

“Google” şirkəti Çindəki ofislərini bağladı
30-01-2020, 16:04

"Google” şirkəti Çində yerləşən ofislərini koronavirusla əlaqədar bağlayıb...
Xəbəri “Verge” agentliyi şirkətin nümayəndələrinə istinadən yayıb.

Şirkət nümayəndəsi bunun səbəbini Çin hökumətinin təlimatlarına əməl etmələri ilə izah edib.

“Google” şirkətinin Çində çalışan əməkdaşlarına və bu ölkədən gələn qohumları ilə əlaqəsi olan işçilərinə azı 14 gün evdən işləmək haqda göstəriş verilib. “Google” Çində yerləşən dörd ofisindən başqa, Honkonq və Tayvandakı nümayəndəliklərini də bağlayacaq.

Xatırladaq ki, bundan əvvəl “Apple” və “Facebook” şirkəti Çinə səfər edən əməkdaşlarının sayını məhdudlaşdırıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.