İtaliyanın xəbər portalı “İlham Əliyev - müasir Azərbaycanın Prezidenti” sərlövhəli məqalə dərc edib
İtaliyanın nüfuzlu “Eurasiaticanews.altervista.org” portalında “European News Agency” agentliyinin müxbiri Karlo Marinonun “İlham Əliyev- müasir Azərbaycanın Prezidenti” başlıqlı yazısı dərc olunub...
AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun “İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident” sərlövhəli məqaləsinə istinadla yazılmış materialda Azərbaycan Prezidentinin həyat və fəaliyyəti, onun rəhbərliyi ilə qazanılmış uğurlar geniş təhlil edilib.
Məqalədə deyilir: “Prezident İlham Əliyev əlbəttə ki, inkişaf etmiş Azərbaycan dövlətinin yaradıcısı kimi tarixə düşüb. Bu gün dünya İlham Əliyevi islahatçı Prezident kimi tanıyır və qəbul edir. Dünya Bankının “Doing Business 2020” hesabatında Azərbaycan islahatları həyata keçirən ən yaxşı 20 ölkə arasında yer alır.
Davos Dünya İqtisadi Forumunun hesabatında isə uzunmüddətli hökumət strategiyası baxımından Azərbaycan 10-cu, islahatlara diqqət baxımından 5-ci yerdədir. Bütün bunlar isə Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır