Rusiyada çeçen prokuror həbs olundu - Azərbaycanlı biznesmenlərə “krışalıq” edirdi
Rusiyanın Norilsk vilayətində prokuror səlahiyyətlərini icra edən Havaj Qutayev rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə həbs olunub. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, milliyətcə çeçen olan prokuror qafqazlı, o cümlədən azərbaycanlı biznesmenlərə “krışalıq” etməkdə ittiham olunur.
KİV-lər yazır ki, Qutayevin fəaliyyəti barədə Norilsk prokurorluğunun işçiləri Rusiya baş prokuroru Yuri Çaykaya müraciət göndəriblər. Onların müraciətinə əsasən Qutayev “Proviant” ticarət şəbəkəsinin sahibi, Azərbaycandan olan Şirvan Hacıyevə və “Okean” mağazalar şəbəkəsinin sahibi Nurəddin Ağayevə, o cümlədən digər iri biznesmenlərə “krışalıq” edirdi.
Belə ki, Qutayevin göstərişi ilə “Qalaktika” ticarət evinin fəaliyyətinin yanğın təhlükəsizliyi normalarının kobud pozulmasına görə dayandırılması barədə prokurorluğun təqdimatı geri götürülüb. Prokuror 2018-ci ilin oktyabrında keçirdiyi əməliyyat müşavirəsində “Qalaktika”da yoxlama aparan yanğın nəzarəti işçiləri barəsində cinayət işinin qaldırılmasını da tapşırıb. “Qalaktik” ticarət mərkəzinin şəriki həmin Şirvan Qaxayevdir.
Həmin ilin noyabrında Havaj Qutayev “Okean” mağazalar şəbəkəsində yoxlama aparılması barədə sanksiyanı ləğv edib. Həmin yoxlama barədə əvvəlcədən Nurəddin Ağayevə məlumat verilibmiş. Prokurorluq işçiləri hesab edir ki, bununla Qutayev əvvəlcə Ağayevin “üzərinə gedib”, sonra ondan “otkat” alıb...

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır