Putin ayaqyoluna 6 nəfərin müşayəti ilə gedirmiş - Fransadakı sammitdə
Deyəsən, Rusiya Prezidenti Vladimir Putin ötən bazar ertəsi Ukrayna ilə bağlı Yelisey sarayında keçirilmiş sammitdə özünü tam təhlükəsizlikdə hiss etməyib. Bu barədə Almaniyanın “Bild” tabloidi yazıb...
“Videodan göründüyü kimi, Putin əvvəlcə altın nəfərin müşayiəti ilə sarayın tualetinə gedib, sonra pəhləvan cüssəli, silahlı cangüdəni ilə danışıqların aparıldığı otaqda görünüb. Rusiya lideri həmin şəxsi Fransa prezidenti Emmanuel Makron, kansler Angela Merkel və Ukraynanın dövlət başçısı Vladimir Zelenskiyə nümayəndə heyətinin üzvü kimi təqdim edib”, - məqalədə deyilir.
Almaniyanın xüsusi xidmət orqanlarının keçmiş rəhbərlərindən biri “Bild”-ə açıqlamasında bildirib ki, Putin özünü istədiyi kimi aparır: “Yolverilməz haldır. Belə bir hadisə o vaxt baş verir ki, ona hər şeyə icazə verirlər”.
“Danışıqlar zamanı zalda silahlı bir insanın olması açıq-aşkar təxribat və təhdiddir. Təsəvvür edin ki, hər nümayəndə heyəti belə edir – onda danışıqlar zalında kiçik ordu olacaq”, - deyə həmsöhbət əlavə edib.
Kəşfiyyat xidmətinin keçmiş rəhbərinin sözlərinə görə, Putin bilərəkdən daim qaydaları pozur.
azpolitika.az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır