42 milyardı var - 20 ildir eyni maşını sürür
Dünyanın məşhur milyarderləri arasında özünə məxsus xüsusiyyətləri olanlardan biri də İKEA şirkətinin qurucusu Ingvar Kampraddır.
İsveçli milyarderin maraqlı keçən həyatının qısa xülasəsini təqdim edir.
O, 5 yaşında qazanc əldə etmək üçün kibrit satmağa başlayıb. 10 yaşında isə artıq Yeni il üçün hədiyyəlik əşya, qələm və balıq satışı ilə məşğul olub.
Hitler heyranı bir alman olan Kamprad gənclik illərində Nazi hərəkatına qoşulub. O vaxtları həyatının ən böyük səhvi kimi qəbul edən Kamprad, işçilərinə üzr və əhf məktubu belə yazıb.
17 yaşında diqqət problemi olmasına baxmayaraq məktəbi əla qiymətlərlə başa vurub. Əldə etdiyi uğuru qarşılığında atası tərəfindən pul mükafatı alan Ingvar, o pul ilə 1943-cü ildə IKEA-nı qurub. Amma 5 il ərzində mebel satmayıb. Şəkil çərçivəsi kimi kiçik ev alətləri satışı ilə məşğul olmağa başlayıb.
IKEA adı, öz adının və soyadının baş hərflərindən və ailəsi ilə özünün dünyaya gəldiyi yer olan Elmtaryd-ın baş hərfi ilə ora ən yaxın kənd olan Agunnayrd-ın baş hərflərinin birləşməsindən yaranıb. (Ingvar Kamprad - Elmtaryd – Agunnayrd)
1956-cı ildə mebel satışında bir çevriliş edən IKEA, mebellərin ilk dəfə parçalar halında alına bilməsinə və müştərilərin bu parçaları birləşdirməsinə şərait yaradıb. Beləcə daha ucuza satmaq şansına sahib olub. İsveçdə olan yüksək vergilər səbəbindən şirkəti Kopenhagenə (Danimarka) köçürüb. Bundan başqa İsveç dövlətinə etriaz olaraq ailəsi ilə birlikdə 1973-cu ildən İsveçrəyə danışıb. Hazırda isə şirkət Hollandiyadadır, Kamprad isə İsveçdə yaşayır.
Kampradın 1 övladlıq qızı və 3 doğma oğlu var.
"Bloomberg"in məlumatına görə, Kamprad sərvəti 41,8 milyard dollar təşkil edir.
Həyatı çox sadə yaşayan Kamprad ucuz otellərdə qalmağı sevir. O, hətta 20 ildir eyni avtomobili istifadə edir.
Ingvar Kampradın ən məşhur sözü isə “yalnızca yatan adamlar səhv etməz” ifadəsidir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır