28 yaşlı qızın xərçənglə bağlı ixtirası dünyanı ŞOKA SALDI
Ukraynada əsl elm dühası peyda olub.
Kiyev Molekulyar biologiya və genetika İnstitutunun əməkdaşı, 28 yaşlı elmlər doktoru Olqa Brovarets dünya miqyasında məşhurlaşıb. İndi onun haqqında dünyanın bütün elmi jurnalları yazır, Avropa ölkələri isə onu daimi vətəndaşlığa qəbul etmək üçün hər şeyə hazırdır. Səbəb nədir? Brovaretsin xərçəng xəstəliyindən tam sağalmanı təmin etməyə ümid verən ixtirası.
Məlumdur ki, hər bir insanın orqanizmində 23 cüt xromosom var. Onların hər birində canlı orqanizmdə olan bütün genetik informasiyaların qorunduğu DNT var. Formasına görə DNT burulmuş spiralı xatırladır. Əgər bu spiralı açsaq, aydın olacaq ki, onun dəqiq həndəsi quruluşu mövcuddur. Mutasiyaya uğramış cüt başqa cür görünür ki, onu da alimlər "donqar" adlandırırlar. Onlar orqanizmdə dəyişikliklər və xəstəlik yaratmaq üçün DNT-ni necə aldadırlar, spirala necə sığışırlar, bax bu, indiyə qədər elm üçün ağ ləkələr olaraq qalır.
Olqa bunun baş verdiyi qanunauyğunluğu hesablamağa nail olub. Bu mutasiya xərçəng və digər genetik təbiətli ağır xəstəliklərin səbəbidir. Buna görə də, 28 yaşlı ukraynalı qızın ixtirası əsl sensasiyadır. Bununla təkcə xərçəngə deyil, mutasiya ilə bağlı olan digər xəstəliklərə də qalib gəlmək mümkündür. Ukraynanın elmi isteblişmenti və KİV əmindir ki, bu ixtira Nobel mükafatı alacaq.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub