Boliviyanın müdafiə naziri də istefa verdi
Boliviyanın müdafiə naziri Xavyer Savaleta istefa verdiyini açıqlayıb.
TASS xəbər verir ki, o, bu barədə həmvətənlərinə ünvanladığı videomüraciətində bildirib.
X.Savaleta qeyd edib ki, o və Silahlı Qüvvələrin Baş komandanı (istefa vermiş prezident Evo Morales) heç vaxt əsgərlərə və dənizçilərə xalqa qarşı silahdan istifadə etmək əmri verməyib: “İndi hərbçilər xalqa qarşı silah tətbiq edərsə, bunun məsuliyyəti bu qərarı verənlərin üzərinə düşəcək”.
Daha əvvəl Boliviya Silahlı Qüvvələrinin komandanı Uilyams Kaliman polisin istəyi əsasında hərbçilərin də küçələrdə asayişi bərpa etmək işinə cəlb olunacağını açıqlamışdı.
X.Savaleta, eyni zamanda prezidentliyə namizəd Karlos Mesanı və Evo Moralesin yenidən prezident seçilməsinə etiraz edənlərin lideri Luis Fernando Kamaçonu münaqişənin daha da gərginləşməsinə imkan verməməyə çağırıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır