Boliviyada da xalq qalib gəldi – Morales istefa verdi
Boliviyada ölkə başçısı Evo Moralesin 4-cü dəfə prezident olmaq istəyinə qarşı oktyabrın 20-dən başlayan xalq etirazları qələbəylə yekunlaşdı. Morales və onun vitse-prezidenti Alvaro Qarsia Linera vəzifələrindən istefa verdilər.
Morales məhz 20 oktyabrda keçirilən prezident seçkisində 4-cü dəfə namizəd olaraq iştirak etmişdi və qalib elan olunmuşdu. Buna etiraz olaraq xalq meydanlara axışmışdı. Bir az əvvəl Morales xalq etirazlarının güclənməsi və bir neçə yerdə polisin də xalqa qoşulması, ordunun tərəfsiz qalması nəticəsində geri çəkilərək yeni seçki elan etmişdi.
Lakin etirazların qarşısında bununla kifayətlənmək mümkün olmayıb. 4-cü dəfə prezidentliyi mənimsəyən Morales istefa verməyə məcbur olub. Üstəlik, ölkənin Silahlı Qüvvələr komandanlığı da son anda onu “ölkədə sabitliyin təmin olunması üçün” vəzifədən getməyə çağırıb.
People carry a placard depicting Bolivian President Evo Morales with red horns during a protest march in La Paz, Bolivia…
“Biz istefa veririk ki, bacı və qardaşlarımız, dövlət qulluqçularımız hücumlara məruz qalmasınlar və təhdid edilməsinlər” – deyə, Morales istefası barədə sosial şəbəkədə yaydığı müraciətində bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır