Azərbaycan şəhərində PKK-ya abidə qoyuldu (FOTO)
Güney Azərbaycanın Qoşaçay şəhərində Tikantəpədə PKK terror təşkilatının İran qanadı PJAK-a qoyulan abidəyə etiraz olunub.
Qaynarinfo xəbər verir ki, aidiyyəti qurumlara yazılı müraciət edən şəhər sakinləri terror təşkilatının simvolunun götürülməsini tələb edib. Müraciətdə bu addımın Güney Azərbaycana qarşı təxribat olduğu bildirilib.
Məktubda vurğulanıb ki, çoxlu sayda insanın qanına əli bulaşan terror qruplaşmalarının simvolunun şəhərdə nümayiş etdirilməsi yerli əhalini təhqir etmək deməkdir. Bu addımı atan şəxslər və ya qurumların cəzalandırılması tələb olunub.
Qeyd edək ki, sözügedən abidə musiqi aləti (dəf) şəklində hazırlanıb. Abidədə PJAK kürd terror qruplaşmasının simvolu olan "günəş” əks olunub.
Abidənin Tikantəpə şəhərinin bələdiyyə başçısı Naseh Məhəmmədxani və Şəhər Şurasının kürd üzvü Hüseyn Mikailinin sifarişi ilə hazırlandığı vurğulanıb.
Abidə oktyabrın 9-da Tikantəpənin Şərifabad məhəlləsində ucaldılıb.






Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır