İranda cümə xütbələrində Türkiyə hədəf alındı : Mollalar PKK/YPG terror təşkilatının müdafiəsinə qalxdı (FOTO)
İranın dini lideri Əli Xamneyinin əyalət təmsilçiləri olan cümə imamları, dünənki xütbələrində Türkiyənin PKK/YPG terror təşkilatına qarşı həyata keçirdiyi "Barış Pınarı" əməliyyatına qarşı çıxıblar. Sülh Bulağı Hərəkatını yaraşıqsız ifadələrlə tənqid etdilər.
Avropa.info İranda oxunan cümə xütbələrindən bəzi nümunələri təqdim edir:
Əhməd Hatəmi (Tehran)
"Türkiyənin bu təşəbbüsü müstəqil bir dövlətə təcavüzdür. İran dövlətinin münasibəti hücumların dərhal dayandırılması və Türkiyənin Suriya torpaqlarından bir an əvvəl çəkilməsidir".
Məhəmmədəli Əli Haşim (Təbriz)
"Türkiyədən Suriyanın sərhədlərinə və suverenliyinə hörmət etməsini istəyirik".
Rəsul Felahati (Rəşt)
"Türklər hələ Osmanlı Dövlətini bərpa etmək röyasındadırlar, ancaq monqollar kimi hücumların dövrü keçmişdir".
Məhəmməd Mehdi Hüseyni (Kerec)
"Türklər Osmanlı İmperiyası yuxusuyla ABŞ zəminində oynayır".
Məhəmməd Sağçıraği (Simnan)
"Suriya öz ölkələrini yenidən inşa etməklə məşğul olarkən, Türkiyə bu ölkəyə hücum edərək xalqı narahat edir".
Qeyd edək ki, dünən İranla yanaşı İsraildə də din xadimləri PKK/YPG üçün dua edib, Türkiyə əleyhinə vaaz veriblər. İranda isə cümə xütbələrinin mətni dini rəhbər Xamneyi tərəfindən müəyyənləşdirilir.


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır