Balayanın nəvəsi Paşinyanın oğlunu əsgərlikdə döydü
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu xidmət yoldaşları ilə münaqişə səbəbindən Yerevana aparılıb.
Ermənistanın "Qraparak" qəzeti baş nazirin oğlunun onlar tərəfindən döyüldüyünü yazıb.
Nəşr qeyd edir ki, kiçik Paşinyan Ermənistanda “nizam” quran atasının yolu ilə getməyə qərar verib. Hərbçi Aşot Paşinyan zabitlərə və xidmət yoldaşlarına irad tutub, onlar barəsində komandanlığa “donos” ötürüb.
“Qraparak”ın yazdığına görə, bu, həmkarları arasında kəskin narazılığa səbəb olub və onlar baş nazirin oğlunu döyüblər. Aşot Paşinyanı döyənlərdən biri də erməni terrorunun əsas təbliğatçısı Zori Balayanın nəvəsi olub.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu məlumatı tələsik təkzib edib.
""Qraparak" növbəti dəfə hər şeyi baş-ayaq təqdim edərək insanların taleyi ilə oynayır. Qardaşlarınızdan və ya köhnə dostlarınızdan soruşsanız, bu cür söhbətlərin bütün kollektivlər və qurumlar üçün xarakterik olduğunu təsdiqləyəcəklər; əsgərliyə təzə başlayanların hamısının uyğunlaşma problemləri və vaxtları olur, hansı ki, komandanlığın səriştəli işi sayəsində yoluna qoyulur. "Qraparak" bütün bunları kobud səhvlərlə və yolverilməz şəkildə təqdim edib",-deyə Ovhannisyan öz Facebook səhifəsində yazıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır