Gülnarə Kərimovanın qızı hədələdi: “Əlimizdə ciddi kompromatlar var...”
Özbəkistanın ilk prezidenti İslam Kərimovun nəvəsi-Gülnarə Kərimovanın qızı İman, Özbəkistan hökumətinin nümayəndələrini kompromatlar sənədlərlə hədələyərək onları yaxın günlərdə korrupsiya cinayətlərini araşdıran beynəlxalq məhkəmələrə və strukturlara göndərəcəyini deyib.
Londonda yaşayan İman Kərimova bu barədə İnstaqram hesabında yazıb. "Anamda və bizdə olan faktlardan hakimiyyət niyə qorxur", - deyə o bildirib. Və sənədlərin bir hissəsini açıqlayacağı ilə təhdid edib.
İman Kərimova müraciətində bu günlərdə Daşkənddə anasının qapalı məhkəməsinin keçirildiyini və vəkillərin içəri buraxılmadığını təsdiqləyib. Özbəkistanın ilk prezidentinin nəvəsinin sözlərinə görə, iclasda Gülnarə Kərimova barəsində qabaqlayıcı tədbirlər görülməsi məsələsi müzakirə edilib. Qərar barədə isə heç bir məlumat verilmir.
"Əsas məni qorxudan səbəblərdən biri, məhkəmədə anama qarşı əsassız daha bir cinayət işinin açılmasıdır. Onun əlində olan ifşaedici materiallardan ehtiyyat etmək lazımdır, çünki anam həmin dəlilləri artıq təhlükəsiz yerə ötürüb. Hökumətdə olan və hökumətdən xaric edilən məmurlar onların barəsində gizli qalan çoxsaylı faktlara görə xalqdan qorxmalıdır. Hakimiyyət hər dəfə anamın qanuni şəkildə həbsdən azad olunmasına istənilən yolla mane olmağa hazır olduğunu nümayiş etdirir ”, - deyə İman Kərimova yazıb.
O, anasının həbsi ətrafındakı vəziyyəti "kloun və sirk" adlandıraraq, Özbəkistanda "səs-küylü bəyanatlar və kosmetik dəyişikliklərdən başqa heç bir irəliləyişin olmadığını" iddia edib.
İ. Kərimovanın iddialarına görə, respublikada qanunun aliliyi yoxdur, ona görə də günahsız hər kəs mühakimə oluna və günahlandırıla bilər: "Belə bir vaxtda insanları terror edən və evlərini sökən icra hakimləri medallar və təşəkkürlərlə təltif olunur. Ölkənin büdcəsini boşaldaraq yarım faiz üçün tikinti obyektləri tikirlər və bloqerləri dövlətin hesabına "miqalkalarla” xarici nazirlər səviyyəsində qarşılayırlar”.(Virtualaz.org)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır