İmamoğlu naxçıvanlıları İstanbuldan QOVUR - KÜTLƏVİ DEPORTASİYA
İki gündür ki, Türkiyənin İstanbul şəhərində qanunsuz işləyən Azərbaycan vətəndaşlarının deportasiyasına başlanılıb.
Bu barədə Gununsesi.org-a Türkiyədən Naxçıvana deportasiya olunan vətəndaşlar bildirib. Onların sözlərinə görə, illərdir ki, Azərbaycan, xüsusilə, Naxçıvan Muxtar Respublikasından olan on minlərlə insan qardaş ölkədə çalışıb.
Ancaq onlar etiraf edib ki, çalışma izinləri olmasa da indiyədək toxunan olmayıb: “Bilirdilər və göz yumurdular. İndiyə qədər deportasiya etdikləri Türkiyəyə əxlaqsızlıq üçün gələnlər idi. İşləməyə gələnlərə dəymirdilər. Rəis “azərilərə toxunmayın” (Prezident Ərdoğanı nəzərdə tuturlar-red.) dediyi üçün bizə də göz yumurdular. Ancaq vəziyyət dəyişib. Hamının yerini-yurdunu bilirlər. Gecəylə deportasiya edirlər. 2-3 min adamı yaxın günlərdə geri qaytaracaqlar”.
“Hamı bilir ki, Naxçıvanda işsizlikdir. Necə olacaq,bilmirik” deyən Muxtar Respublika sakinləri həyatlarını taleyin axarına buraxdıqlarını bildirib.
Gununsesi.org-un araşdırmasına görə, Türkiyə 5 minə yaxın azərbaycanlıya bu ölkəyə girişi məhdudlaşdırıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır