XalqXəbər.Az

www.XALQXEBER.az » Dünya » Görənlər dəhşətə gəlir: İnsanabənzər buzov - VİDEO

Görənlər dəhşətə gəlir: İnsanabənzər buzov - VİDEO

Görənlər dəhşətə gəlir: İnsanabənzər buzov - VİDEO
10-09-2019, 10:54

Argentinanın Santa Fe vilayətinə bağlı Villa Anna kəndində dünyaya gələn bir buzov görənləri heyrətə salıb.

"Daily Star"a istinadən xəbər veririk ki, insan üzünü xatırladan sifətlə anadan olduğu irəli sürülən buzovun həyatdakı ilk anları kameraya qeyd edilib və sosial şəbəkədə paylaşılıb.

Balaca burun və ağızla dünyaya gələn buzovun yalnız bir neçə saat həyatda qaldığı bildirilib.

"YouTube"da yer alan görüntülərdə heyvanın başını qaldırmaqda çətinlik çəkdiyi görünüb.

Genetika alimi Nikolas Magnago bu vəziyyətin nadir görülən genetik mutasiyadan qaynaqlanmış ola biləcəyini söyləyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.