XalqXəbər.Az

www.XALQXEBER.az » Dünya » "İmamoğlunun İstanbul layihələrini dəstəkləməyəcəyik” - Ərdoğan

"İmamoğlunun İstanbul layihələrini dəstəkləməyəcəyik” - Ərdoğan

"İmamoğlunun İstanbul layihələrini dəstəkləməyəcəyik” - Ərdoğan
27-06-2019, 12:28

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyə başçısı seçilən Əkrəm İmamoğlu ilə bağlı daha bir maraqlı açıqlama verib.

Ərdoğan Yapon jurnalistin partiyasının (AKP) yeni İstanbul Bələdiyyə başçısı Əkrəm İmamoğlu ilə bələdiyyə məclisində iş birliyinə gedəcəkmi sualına belə cavab verib:

"İmamoğlu İstanbulun xeyrinə istiqamətli həqiqi layihələrlə gəlirsə təbii ki AKP olaraq onu dəstəkləyəcəyik. Lakin qəbul edilə bilməyəcək layihələr edərsə, İstanbulun xeyri üçün bu tərz layihələri əsla dəstəkləməyəcəyik".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.