Azərbaycanın yeni milyarderi Zaur Mişiyev - Məşhur şirkəti aldı
Moskvada məşhur “Mosxoztorq” mağazalar şəbəkəsinin nəzarət səhm paketi “Falcon Home Distribution” şirkətinə keçib. “Qafqazinfo”nun “Vedomosti” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın hüquqi şəxslərin qeydiyyatı Reyestrinin məlumatında verilib.
Bildirilir ki, mağalar şəbəkəsinin 50,5 faizi Bolqarıstanın paytaxtı Sofiyada qeydiyyatdan keçmiş “Falcon Home Distribution” şirkətinin mülkiyyətindədir. Həmin şirkətin sahibi isə Azərbaycan vətəndaşı Zaur Mişiyevdir.
Məlumata görə, MXT” MMC 2018-ci ildə Sofiyada qeydiyyatdan keçib, cari ilin iyunun 17-dən isə döşək ağlarının, ayaqqabı, tekstil, mebel və ərzaq mallarının satışı ilə məşğul olan “Falcon Home Distribution” şirkətinin mülkiyyətindədir.
Bundan öncə 50,5 faizlik səhm paketi Veronika Kuryanovanın mülkiyyətində olub. Sözügedən şirkətin digər səhmləri, yəni 39,5 faizi İlya Polyaçkov və 10 faizi isə İlya Traber arasında bölünüb.
Qeyd edək ki, ev, bağ evləri, bağça və məişət üçün əşyaların satışı üzrə ixtisaslaşan “Mosxoztorq” mağazalar şəbəkəsi Moskvada 2015-ci ildən fəal şəkildə inkişaf etməyə başlayıb, Rusiya paytaxtında 36 mağazası var.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb - VİDEO