Putin jurnalistlə bağlı qalmaqala görə iki generalı işdən qovdu
Rusiya Prezidenti Vladimir Putin bir neçə gün öncə narkotik satışında ittiham olunaraq saxlanılıb daha sonra sərbəst buraxılan “Meduza” saytının jurnalisti İvan Qolunovla bağlı qalmaqala görə iki generalı polis orqanlarından uzaqlaşdırıb.
Rus KİV-nə istinadən verdiyimiz xəbərə görə, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin Moskva üzrə rəisi Devyatkin Yuri və Dövlət Daxili İşlər Nazirliyinin Qərb İnzibati Rayon Şöbəsinin Daxili İşlər İdarəsinin Moskva üzrə rəisi Andrey Puçkov vəzifəsindən azad edilib.
Xatırladaq ki, iyunun 12-də Moskvada İvan Qolunova dəstək məqsədilə razılaşdırılmamış kütləvi aksiya keçirilib. Aksiyada 1200-ə yaxın insan iştirak edib. 200-dən çox etirazçı saxlanılıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır