Rusiyada terror həyəcanı - Ticarət mərkəzləri boşaldılır
Bu gün səhər saatlarından başlayaraq, Rusiyanın Tümen şəhərində yerləşən “Qudvin”, “Pa-Na-Ma”, “Qalereya Voyaj” ticarət mərkəzlərindən, eləcə də “Nobel” biznes mərkəzindən ziyarətçi və əməkdaşlar kütləvi şəkildə təxliyə edilir.
Rusiya mətbuatına istinadən xəbər veririk ki, buna səbəb terror aktının törədiləcəyi ilə bağlı yayılan xəbərdir. Artıq sözügedən ünvanlara xilasedicilər və tibb işçiləri gəlib.
Daxili İşlər Nazirliyinin ərazi üzrə bölməsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Anton Kamornikov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda hər 4 binada yoxlamalar davam edir:
“Sözügedən obyektlərə daxil olan məlumata görə, onların binasında insanların həyatına təhlükə yaradaca biləcək nəzarətsiz əşyalar var. Məsələni araşdırırıq”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır