ABŞ-da azərbaycanlı evində güllələndi
ABŞ-ın Pensilvaniya ştatının Vayomissinq rayonunda Nail Salamov adlı Azərbaycan vətəndaşının evinə silahlı basqın olub.
“6abc.com”a istinadən verdiyimiz xəbərə görə, hadisə mayın 7-də saat 22:00 radələrində Birçvud küçəsində yerləşən evdə baş verib.
Polisin məlumatına görə, iki silahlı şəxs 37 yaşlı azərbaycanlının evinə daxil olub. Bu zaman Salamov yataq otağında olub. Cinayətkarlar onu qolundan yaralayıblar.
Qeyd olunur ki, insident Nail Salamovun 8 və 10 yaşlı uşaqlarıın gözü qarşısında törədilib. Onlara xəsarət yetirilməyib.
Bildirilir ki, Salamov atası və uşaqları ilə birlikdə yaşayırmış. Atası hadisə baş verən saatda işdə olub.
Salamov “Redinq” xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır