Uşaq bezlərində təhlükə aşkarlandı
Fransanın Sanitar Təhlükəsizlik Agentliyi (ANSES) təkistifadəlik uşaq bezləri ilə bağlı apardığı araşdırmanın nəticələrini dərc edib. Nəticələrin ictimailəşməsi dünyanın dörd bucağından olan anaların ciddi narahatlığına səbəb olub.
Bu barədə REN TV məlumat yayıb.
Məlumata əsasən, adi uşaq bezlərində körpələrin sağlamlığı üçün potensial təhlükə daşıyan toksik maddələr, o cümlədən, onkoloji xəstəliklərə yol aça bilən kanserogenlər aşkarlanıb.
Bezlərdə alimlər qlifosat - insektisidlərdə tətbiq olunan kimyəvi maddə tapıb. Məhz qlifosat qeyri-Hockin limfomasına və hətta DNT-nin zədələnməsinə səbəb ola bilər.
Fransız bezlərində tapılmış təhlükəli substansiyalar arasında bəzi kosmetik məhsulların hazırlanmasında tətbiq olunan butilfenil metilpropional, həmçinin, aromatik hidrokarbonlar yer alır.
Ekspertlər vurğulayır ki, təhlükəli maddələrin miqdarı normaları aşır və onlar uşaqların sağlamlığına ciddi ziyan vura bilər. Buna görə belə məhsul istehsal edən şirkətlərin istehsalatı dayandıraraq, onun tərkibinə təkrar baxış keçirmələri tövsiyə olunub.
Fransa hökuməti uşaq bezi istehsalçılarına müvafiq ölçülərin götürülməsi və istehsalat prosesində təhlükəli maddələrin çıxarılmasına 15 gün vaxt verdiyini elan edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır