“Mənə 2 dəfə təcavüz edib” - Zərrabın 63 yaşlı kamera yoldaşı
“Çirkli pulların yuyulması”nda ittiham edilərək Nyu-Yorkda həbs edilən iş adamı Rza Zərrabın kamera yoldaşına təcavüz etməsi iddiası yenidən gündəmə gəlib.
Türkiyə KİV-nə istinadən xəbər veririk ki, Zərrab Metropolitan həbsxanasında eyni otaqda qaldığı Faozi Caberə təcavüz etmədiyini bildirsə də, məhkəmə prosesi davam edir. 63 yaşlı Caberin sözlərinə görə, Rza ona iki dəfə təcavüz edib və o, yaşlı, eyni zamanda ağır xərçəng xəstəsi olduğuna görə müqavimət göstərə bilməyib.
Caber qeyd edib ki, yaşadığı hadisədən sonra nüfuzu və karyerası ziyan görüb, psixoloji travma alıb və bütün bunlara görə iş adamı mənəvi təzminat ödəməlidir.
Xatırladaq ki, Rza Zərrabın kamera yoldaşına təcavüz etməsi 2018-ci ildə gündəmə gəlsə də, iş adamı ittihamı vəkili vasitəsilə rədd edərək məhkəmədən təcavüz iddialarının qaldırılmasını tələb etmişdi.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır