Azərbaycanlı 95 min avro rüşvət verdi, məşhur prokuror işdən qovuldu
Rusiyanın baş prokuroru Yuri Çayka Sankt-Peterburqun Moskva rayon prokuroru Vladimir Rebonun işdən azad edilməsi barədə sərəncam verib
Rusiya KİV-lərinə istinadən xəbər veririk ki, prokuror 2010-cu ildən həmin vəzifəni tuturdu və bu günlərdə öz xahişi ilə işdən azad edilmək üçün ərizə yazmışdı.
Prokuror Rebonun işdən azad edilməsi azərbaycanlının rüşvət verməsi epizodu ilə bağlıdır. Belə ki, Moskva rayonunda dələduzluqda ittiham olunan Azərbaycan sakini tutulub. İstintaq hesab edir ki, o rayon prokurorluğunun apardığı yoxlama ilə bağlı “məsələni həll etmək üçün” 95 min avro rüşvət verib. Daha sonra aydınlaşıb ki, bu iş üzrə materiallar səkkiz aydır prokurorluqdadır, amma tədbir görülmür.
Bu epizoddan sonra Vladimir Rebonun köməkçisi Tarakanov işdən çıxarılıb, ardınca prokuror müavini Petrov vəzifədən uzaqlaşdırılıb. Situasiyanı FTX-nin yerli şöbəsində araşdırmağa başlayıblar. Bundan əlavə əməliyyatçılar müəyyən ediblər ki, Rebo bir neçə dəfə Finlandiyaya dincəlməyə gedib, amma bu səfərlərini rəhbərliklə razılaşdırmayıb və raport yazmayıb.
“Fontanka” yazır ki, Vladimir Rebo Sankt-Peterburqda ən nüfuzlu rayon prokurorlarından hesab edilirdi. Onun Moskvada güclü əlaqələrinin olduğu bildirilir. Əmisi Mixail Rebo Almaniyadakı yəhudi icmasının əhəmiyyətli fiqurlarından biridir, habelə Avropadakı rus mafiyası işində adı keçir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır