“Paşinyan əraziləri Azərbaycana verəcək” - Erməni siyasətçi
"Ermənistanın hazırkı hökuməti özündən əvvəlki ölkə rəhbərliyinin Dağlıq Qarabağla bağlı siyasətini davam etdirir"
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Əriklər ölkəsi” partiyasının rəhbəri Zauri Postancyan bu gün jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Serj Sarkisyanın dövründə Ermənistan aprel döyüşlərində hektarlarla ərazini “itirdi”. Amma indiki hakimiyyətin də daxili və xarici siyasətində heç nə dəyişməyib və onlar sələflərinin yolu ilə gedirlər. Lakin bu yolda Nikol Paşinyan Sarkisyandan da uzağa gedərək, Ermənistanın ziyanına olan qərarlar verəcək.
Bu kontekstdə Postancyan sensasiyalı bəyanatla çıxış edərək bildirib ki, Paşinyan maliyyə maraqları müqabilində Qarabağ ətrafındakı rayonları Azərbaycana verəcək.
“İndiki ölkə rəhbərliyi hansısa maliyyə imtiyazları müqabilində Bakıya ərazi güzəştləri etməyə hazırdır. Amma əgər hökumət buna gedərsə, onda Ermənistan cəmiyyəti bu xəyanəti onlara bağışlamayacaq. Hökumətin özü isə “erməni soyqırımı” təşkilatçılarının yaşadığı eyni taleyə layiq görüləcək”, - deyə Postancyan vurğulayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır