Rusiyada “Şaurma kralı” azərbaycanlıya qarşı çıxdılar
Rusiyanın Yekaterinburq şəhərində şaurma satışının artması yerli nümayəndələrin yoxlamalar aparmasına səbəb olub.
Məlumatlara görə, “Xalq nəzarəti” layihəsinin region üzrə koordinatoru Dmitri Çukyerev tərəfindən Kirovsk rayonunda şaurmalar üzərində yoxlamalar aparılıb.
Yekaterinburq KİV-ə istinadla xəbər veririk ki, şaurma satılan ilk dükan Firuz Nəbiyevə aid olub.
Yekaterinburq administrasiyasının məlumatına əsasən, həmin dükanda sxemə əsasən, ictimai iaşə məsulları deyil, meyvə və tərəvəz satılmalı idi.
Bundan başqa, bu dükanda mərkəzləşdirilmiş su və kanalizasiya kəmərləri yoxdur. Göstərilən bu fakt sanitar-epidemiya normalarının pozulması kimi qiymətləndirilib.
Növbəti “Kebab King” adlı obyekt Kirov küçəsində yerləşir. Bu dükanda isə qeyri-sanitar obyekt aşkar edilməyib, bundan başqa, tibb kitabçasının müddəti bir aydan çoxdur başa çatıb.
Xatırladaq ki, “Kebab King” şəbəkəsi azərbaycanlı biznesmen Firuz Nəbiyevə məxsusdur.
Çukreyevin sözlərinə görə, Nəbiyev Sverdlovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin ailəsi ilə, daha dəqiq desək, Emil Şıxlinski ilə dostluq edir.
“Yaxın vaxtlarda məsələ ilə bağlı təftiş-nəzarət komitəsinə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Çalışacağıq ki, məsələyə məhkəmə səviyyəsində baxılsın”, - Çukreyev qeyd edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır