Tanınmış kanal rəhbəri uzun illər qızını zorlayıbmış
Türkiyədə “MTV”, “Eurosport” kimi bir çox əyləncə və tematik kanalların sahibi Fatih Oflaz qızını zorlamaqda ittiham olunur. O, 7 il müddətində övladını cinsi istismara məruz qoyub.
17 şirkəti və 200 işçisi olan F.Oflazın qızı məhkəmədə başına gələnləri danışıb: “7 yaşımdan 15 yaşımadək davamlı olaraq atam tərəfindən zorlanmışam. Valideynlərim boşandı və anamın təkidi ilə daim atamın evinə gedirdim. İllərlə heç nə demədim, heç nə olmamış kimi davranırdım. Lakin həmin illərdən etibarən gecələr yata bilmirəm. Axırda hadisəni danışıb həqiqətlərlə üzləşməyə qərar verdim. Nə bu şikayət, nə də məhkəmənin qərarı mənim yaşadıqlarımı dəyişdirəcək. Mənim həyatım məhv oldu. Anam və atamdan nifrət edirəm. Məni dünyada ailəsiz biri etdilər”.
İş adamı isə ittihamları qəbul etməyib. O, keçmiş xanımı və qızının ondan pul almaq üçün belə oyun qurduqlarını bildirib.
Araşdırmalar zamanı biznesmenin qızını dəfələrlə cinsi istismara məruz qoyduğu sübuta yetirilib və İstanbul Ağır Cəza Məhkəməsi kanal rəhbərinə 22 il 6 ay həbs cəzası verib.
F. Oflazın əvvəllər heç bir məhkumluğunun olmaması əsas gətirilərək cəzası 18 il 9 aya endirilib.
Qeyd edək ki, iş adamı məhkəmənin həbs qərarından bir neçə gün sonra İspaniyaya gedərək orada məskunlaşıb. 


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır