Azərbaycan bayrağını öpən gənc həbs edildi
Güneyli fəal Camal Musəvinejad həbs edilib.
İran İslam Respublikası əleyhinə təbliğat aparmaqda günahlandırılan güneyli milli fəal Şərqi Azərbaycan ostanının Apellyasiya Məhkəməsinin qərarı ilə bir il həbs cəzasına məhkum olunub.
C.Musəvinejada qarşı ittihamlar arasında millətçilik, Azərbaycan Respublikasının bayrağını öpmək və ona ehtiram göstərmək, milli düşüncələrə malik olmaq, 1945-ci il hadisələrini dəstəkləmək, Seyid Cəfər Pişəvəriyə ehtiram, sosial şəbəkələrdə milli zəmində fəaliyyət göstərmək və s. var.
Qeyd edək ki, məhkəmə Camal Musəvinejadın sosial mediadakı fəaliyyətlərinə və şəxsi kompüterində saxlanılan materiallarına, o cümlədən, Azərbaycan bayrağını öpərkən çəkilən bir fotosuna əsaslanaraq həbs qərarı çıxarıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır