ABŞ Suriyaya zərbələr endirdi: Rusiyadan xəbərdarlıq (FOTO)
ABŞ, Böyük Britaniya və Fransa qüvvələri Suriyada Bəşər Əsədə aid əraziləri bombalayıb.
BBC-yə istinadən xəbər veririk ki, raket hücumları Suriyada ötən həftə ehtimal edilən kimyəvi silah istifadəsinə cavab olaraq edilib. Nəticədə paytaxt Dəməşq və Homs şəhəri yaxınlığında partlayışlar meydana gəlib. Bildirilir ki, vurulan nöqtələr kimyəvi silah istehsalı ilə məşğul olan, yaxud bu silahların istifadəsi üçün lazım olan avadanlıqların saxlanıldığı yerlərdir.
ABŞ ordusu hücum nəticəsində Pentagonun heç bir itki ilə üzləşmədiyini açıqlayıb. ABŞ müdafiə naziri Ceyms Mattis hücumun 1 dəfə edildiyini dilə gətirib.
Böyük Britaniya baş naziri Tereza Mey ölkəsinin prosesdə iştirakını təsdiq edib.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov hücum barədə açıqlama ilə çıxış edib. O, xəbərdarlıqlarına məhəl qoyulmadığını və addımın nəticəsiz qalmayacağını bildirib.
Qeyd edək ki, Rusiya Bəşər Əsəd hökümətinə dəstəyi ilə bilinir və ABŞ kimyəvi silah istifadəsində hər iki ölkənin qüvvələrini ittiham edir. 


Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır