"Facebook"dan Azərbaycan açıqlaması
"Facebook" sosial şəbəkəsinin rəhbəri Mark Zükerberq ötən gün ABŞ konqresinə ifadə verib. İfadə mətnində Azərbaycanla əlaqədar məsələ öz əksini tapıb.
xalqxeber.az xəbər verir ki, ifadə "Cambridge Analitica" şirkətinin 50 milyondan çox "Facebook" istifadəçisinin məlumatlarını oğurlaması və ABŞ, İngiltərədəki seçkilərə müdaxiləsi ilə əlaqədar olub.
Son hadisələrdən məyus olduğunu dilə gətirən Zükerberq təhlükəsizlik tədbirlərini artıracağını vurğulayıb. Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi məsələsinə diqqət çəkən "Facebook" rəhbəri ötən həftə Azərbaycan, Özbəkistan, Ukrayna kimi ölkə istifadəçilərini hədəf alan və "Rusiya Troll Fabriki"nə bağlı olan 270 hesabı sildiklərini vurğulayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır