Putin Türkiyəyə gedəcək
Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.
Bu haqda Kreml rəsmi məlumat yayıb.
Məlumata əsasən, Putin aprel ayının 3-4-də Türkiyəyə rəsmi səfərə gedəcək:
“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə həyata keçirilən və paytaxt Ankarada keçiriləcək görüşdə enerji sahəsindəki strateji layihələr və Suriya da daxil olmaqla, beynəlxalq gündəmdəki məsələlər müzakirə ediləcək”.
3 apreldə 7-ci Rus-Türk Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iclasının keçiriləcəyi haqda açıqlama verən prezident Vladimir Putin “İkitərəfli ticarət-iqtisadi əlaqələrin vəziyyəti və inkişaf perspektivi, xüsusilə enerji sahəsindəki birgə strateji layihələrin gedişi müzakirə olunacaq.
Suriyada terrorla birgə mübarizə də daxil olmaqla, regional və beynəlxalq gündəmdəki aktual məsələlərin müzakirə edilməsi planlaşdırılır”, - deyə bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır