Polis Eldar Mahmudovun pullarını offşorlara ötürən bank barədə təhqiqata başladı
Latviyanın dövlət bankı ABŞ Maliyyə Nazirliyinin maliyyə cinayətlərinə qarşı mübarizə Şəbəkəsi (FinCEN) tərəfindən sanksiya tətbiq edilmiş “ABLV Bank” barədə təhqiqata başlayıb. Virtualaz.org Latviya mənbələrinə istinadən xəbər verir ki, təhqiqatı iqtisadi cinayətkarlığa qarşı mübarizə İdarəsi aparır.
Dövlət polisinin mətbuat xidmətinin rəhbəri İlze Yurevitsa bildirib ki, FinCEN-ə nəticə çıxarmağa əsas verən faktlarla bağlı tərəfdaşlara informasiya sorğusu göndərilib. Habelə Latviyanın maliyyə və kapital bazarları Komissiyasından da bankın fəalyyətinə dair məlumatları təqdim etmək tələb olunub.
ABŞ Maliyyə Nazirliyi müəyyən edib ki, “ABLV Bank” Ukrayna, Azərbaycan və Rusiyadan milyardlarla dollar çirkli pulların yuyulmasını həyata keçirib. Habelə Şimali Koreyanın nüvə proqramlarını maliyyələşdirən tranzaksiyalarla məşğul olub.
FinCEN-in hesabatında bildirilir ki, bankın rəhbərliyi və əməkdaşları müştərilərin qanunsuz maliyyə əməliyyatlarını həyata keçirməyə görə günahkardırlar, o cümlədən çirkli pulların yuyulmasını və qanunsuz bank əməliyyatlarının mənbəyini, bunlara görə cavabdeh şəxslərin kimlikləri gizli saxlamağı təmin ediblər.
Xatırladaq ki, “ABLV Bank”ın vaxtilə Azərbaycan Beynəlxalq Bankı və keçmiş mill təhlükəsizlik naziri Eldar Mahmudova yaxın daha bir bankla işlədiyi məlumdur. Bu banklar üzərindən milyardlarla dollar xarici offşor hesablara ötürülüb, bu zaman kağız üzərində alqı-satqı əməliyyatları həyata keçirilib.
“ABLV Bank”a qarşı sanksiya Latviyanın bank sistemində təlatümə səbəb olub. Bu sanksiyadan iki gün sonra Mərkəzi Bankın rəhbəri də banklardan rüşvət almaq və korrupsiya ittihamı ilə saxlanılaraq dindirilib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır