XalqXəbər.Az

XalqXeber.Az » İdman » "Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır

"Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır

"Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır
Bu gün, 10:41

 "Neftçi" UEFA Konfrans Liqasında bu gün mübarizəyə başlayır.

Yuri Vernidubun baş məşqçisi olduğu komanda turnirin II təsnifat mərhələsinin ilk oyununda, Bakıda Belarusun "Dinamo" (Minsk) kollektivini qəbul edəcək.

Qarşılaşma "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək. Matçın baş hakimi kiprli FIFA referisi Konstantinos Fellas olacaq.

Xatırladaq ki, cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.