Gürcüstan lideri Saakaşvilini əfv etmədi
Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili qiyabı olaraq ölkəsində mühakimə olunan Saakaşvilini əfv etmək niyyətində deyil.
“RİA Novosti”yə istinadən xəbər veririk ki, Gürcüstan lideri bu barədə “Rustavi-2” teleşirkətinə verdiyi müsahibədə bildirib.
“Mən hansı məntiqə görə Saakaşvilini əfv etməliyəm? Prokurorluq ittihamı hansı şəkildə irəli sürəcəyini, istintaqı hansı şəkildə aparacağını qərarlaşdıra bilmir, hakimlər əfvlə bağlı qanunvericilikdən qanunsuz istifadənin sərhədlərini müəyyən edə bilmir. İndi elə çıxır, Gürcüstan prezidenti əfv etməli və bununla onların səhvini düzəltməlidir?”, - deyə Marqvelaşvili özündən çıxıb.
“Əfv etmə - məhkəmə səhvinin düzəlişi deyil, daha çox bir şəfqət aktıdır. Sizcə, bu cür reallığın qarşısında Saakaşvilliyə qarşı müsbət emosiya bəsləyə bilərəm?”, – deyə prezident bildirib.
Gürcüstanın dövlət başçısı keçmiş həmkarını prokurorluq və məhkəmələrin köhnə ənənələr əsasında fəaliyyət göstərdiyi mövcud ədliyyə sisteminin yaradılmasında günahkar bilib. Marqvelaşvilinin sözlərinə görə, hakimiyyət bu cür sistemin kökünü kəsməkdə acizdir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır