Azərbaycanlı milyarderlər Rusiyanın ən iri idman komplekslərindən birini aldı
Azərbaycan əsilli rusiyalı iş adamları Qod Nissanov və Zarax İliyevə məxsus “Kiyev meydanı” şirkəti “Olimpiyskiy” idman komplekslərini alıb.
xalqxeber.az “Forbes”ə istinadən xəbər verir ki, qeyd edilən idman kompleksi adı Rusiyanın ən zəngin insanları siyahısında olan Musa Bajayevin “Alyans” şirkətinə məxsus olub.
2017-ci ilin dekabrında bağlanan sazişin dəyəri açıqlanmır. Məlumata əsasən, “Olimpiyskiy” kompleksinin yeni sahibləri layihəyə ən azı 300-400 mln. dollar investisiya yatırmağı planlaşdırırlar.
“Olimpiyskiy” idman kompleksi “Sülh prospekti” metrostansiyasının yaxınlığında, 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunları ərəfəsində tikilib.
Moskva merinin müavini Aleksandr Qorbenko hazırda “Olimpiyskiy” idman kompleksinə daxil olan obyektlərin köhnəldiyini və müvafiq tələblərə cavab vermədiyini bildirib.
“İdman kompleksinin yenidən qurulmasına ehtiyac var idi. Moskva üçün olduqca vacib olan bu obyektə investisiya yatırmağa hazır olan investor lazım idi”, - deyə Aleksandr Qorbenko “Forbes”ə bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır